• USD: 1.7000
  • EUR: 1.9377
  • RUB: 0.0257
  • TRY: 0.3178
  • Bakı + 11.9 ° C / 80%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ümidimiz dövlət başçısınadır

Ümidimiz dövlət başçısınadır

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 1-də Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə daha 35 mənzilin, eyni zamanda, 136 avtomobilin təqdim olunması mərasimində iştirak etdi. Prezident son 20 ildə şəhid ailələrinə, müharibə əlillərinə 5500-dən çox fərdi ev və mənzil, müharibə əlillərinə 6 mindən çox minik avtomobili verildiyini bildirərək dedi ki, ilin sonuna qədər bu rəqəmin sayı daha da artacaq,  170 mənzil və fərdi ev də veriləcək. Dövlət başçısı əlavə vəsait ayıracağını, bu il minimum daha 300 mənzilin alınması ilə bağlı qərar qəbul edəcəyini bildirdi. 

Avqustun 2-də Prezidentin imzaladığı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında”  sərəncamına əsasən Prezidentin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) 20 (iyirmi) milyon manat ayrılacağı xəbəri mənim kimi minlərlə qaçqını sevindirdi. Çünki, sərəncama görə, həmin vəsait hesabına ƏƏSMN tərəfindən əlavə olaraq minimum 300 mənzil alınmasına, nəticədə bu il ərzində 500-dən çox mənzilin əlil və şəhid ailələrinə təqdim olunmasına imkan yaranacaq  Prezident İlham Əliyevin qeyd edilən sərəncamı Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzillə təminatında mühüm irəliləyişə şərait yaratmaqla, bizdə gələcəyə olan inamı artırır.
Mən Ağdamın Şelli kəndindənəm. Müharibə zamanı oddan-alovdan keçmişəm. Əsgəranın müdafiəsində onurğamdan zədə almışam. Birinci qrup əliləm. Əlilliyimə təəssüflənmirəm. Bilirəm ki, sağlamlığımı Vətən yolunda, torpaqlarımızın müdafiəsi uğrunda qoymuşam. 
Sağ olsun, dövlətimizin başçısını, qaçqın-köçkünlərin, Qarabağ müharibəsi əlillərinin qayğı və problemlərini həmişə diqqətdə saxlayır. Qaçqın-köçkün uşaqlarının ödənişsiz təhsil ­almasında, müayinə və müalicəsində həmişə ­arxamızda böyük dayaq olduğunu ­düşünmüşük. 
O vaxt kiçik yaşda olan uşaqlarım indi ailə qurublar. Təkotaqlı evdə yaşamaq çətin olduğundan, ƏƏSMN-ə mənzillə bağlı müraciət etmişəm. Prezidentin yeni sərəncamı ümid verir ki,  bu dəfə mənim ailəm də yeni mənzil hədiyyə alacaq.
Yaşar Mirzəyev, 
I qrup əlil,
Ağdam qaçqını

4 2018 22:15 - MÜSAHİBƏ
MÜSAHİBƏ

Ən son xəbərləri səhifəmizdən də izləyin