Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Unudulmaz Nəsibə xanım Zeynalova

Martın 10-u ölkəmizdə Milli Teatr günü olmaqla yanaşı, həm də görkəmli komediya aktyoru,  Xalq artisti Nəsibə xanım Zeynalovanın anım günü kimi qeyd olunur.

147 illik Milli Teatr tariximizin Nəsibə Zeynalovasız keçən 16 ili tamam olur. Bu gün Nəsibə xanımın ailə üzvləri və yaxın qohumları, eləcə də pərəstişkarları Fəxri Xiyabanda sənətkarın məzarını ziyarət ediblər. Nəsibə Zeynalovanın ruhuna dualar oxunub, xatirəsi ehtiramla anılıb.  Nəsibə Zeynalovanın Azərbaycan teatr və kino sənətinə, mədəniyyətimizə bəxş etdiyi dəyərli oğlu, Xalq artisti, Adana Çukurova Universitetinin professoru Cahangir Novruzov telefon bağlantısına qoşularaq, anasını yad edən hər kəsə təşəkkürünü bildirib.

Xatırladaq ki, Nəsibə Zeynalova 1916-cı il aprelin 20-də Bakıda, Azərbaycan Milli realist aktyor məktəbinin banisi, xeyriyyəçi, görkəmli teatr xadimi Kərbəlayı Cahangir Zeynalovun ailəsində dünyaya gəlib.

Atası Cahangir Zeynalovu iki yaşında  itirən Nəsibə milli tetr sənətinin inkişafına çalışmış atasının arzusunu həqiqətə çevirərək Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi formalaşıb və şöhrətlənib.

Nəsibə Zeynalova Azərbaycan milli teatr və kinosunda yüzlərlə obrazlar ifa edib. Musiqili teatrımızın inkişafında böyük xidmətlərinə görə Nəsibə xanım 1960-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1967-ci ildə Xalq artisti fəxri adına layiq görülüb.

1974-cü ildə "Hicran" musiqili komediyasındakı Qızbacı roluna görə Nəsibə Zeynalovaya Azərbaycanın Dövlət Mükafatı laureatı olub.

R.TAHİR,
“Xalq qəzeti”

10 2020 15:23 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
17 Mart 2020 | 11:58
Vaqif Mustafazadə – 80

Köhnə versiyamızdan xəbərləri izlə