• USD: 1.7000
  • EUR: 1.9340
  • RUB: 0.0258
  • TRY: 0.3157
  • Bakı + 11.3 ° C / 81%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan dövlətinin əlil və şəhid ailələrinə növbəti qayğısı

Azərbaycan dövlətinin əlil və şəhid ailələrinə növbəti qayğısı

Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Lökbatan qəsəbəsində yeni inşa edilmiş yaşayış kompleksində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillər və avtomobillər təqdim olunub. Dövlət mənzilləri və avtomobilləri satın alaraq, bu ailələrə hədiyyə edib. Bu hadisə ölkə ictimaiyyətində dərin rəğbət hissi doğurub. Bu barədə söz açarkən Azərbaycan Yazıçılar Birliyinin üzvü Solmaz Muxtarova dedi: 

– Mən əlil və şəhid ailələrinə yeni mənzillərin təqdim olunması mərasimini böyük maraqla izlədim. Möhtərəm Prezidentimizin tədbirdəki dərin məzmunlu, parlaq çıxışını dinlədikcə, sevindim. Ürəyimdə dərin qürur və minnətdarlıq hissləri baş qaldırdı. 
Son illər ərzində dövlətimizin başçısı dəfələrlə belə mərasimlərdə iştirak edib. Çox yaxşı haldır ki, ölkə ­Prezidenti qayğıya, köməyə ehtiyacı olan insanları sevindirməyə çalışır. Bundan yaxşı, savab əməl nə ola bilər? Bu, dövlətçiliyə, millətə təmənnasız xidmət yoludur. Bu yolun bünövrəsini ulu öndər Heydər Əliyev qoyub. Allah, dahi siyasətçinin ruhunu şad eləsin! 
Mən qələm əhliyəm, yazıçıyam. Qarabağ müharibəsi mövzusunda bir neçə povest qələmə almışam. Oxucularım arasında müharibə veteranları, əlil və şəhid ailələri də çoxdur. Bu insanlarla tez-tez görüşür, səmimi ünsiyyətdə oluram. Onların, demək olar ki, hamısı Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin xalqımızın parlaq gələcəyinə xidmət edən müdrik siyasətindən razıdır. Yeri gəlmişkən, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da imkansız ailələrin qayğı və problemlərinə son dərəcə həssas yanaşır. Bunu sadə insanlar görürlər, ürəkdən dil-ağız edirlər. 
Dövlət o vaxt güclü olur ki, orada iqtidarla xalqın arasında bir doğmalıq, birlik olsun. Azərbaycan dövləti, onun lideri hər zaman xalqının qayğı və problemlərinə həyan olub. İnanıram ki, bu siyasət bundan sonra da davam edəcək. Xalqımız, ölkə vətəndaşları öz sevimli Prezidenti İlham Əliyevlə hər zaman fəxr edəcəklər. 
Azərbaycan xalqı əmindir ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə Qarabağın bir qarış torpağı belə yağı düşmənin tapdağı altında qalmayacaq. Biz tezliklə ermənilərin viran qoyduğu doğma Qarabağa qalib kimi qayıdacaq, oranı yenidən gözəl, tərəqqi edən bir diyara çevirəcəyik. 
Söhbəti qələmə aldı:
M.HACIXANLI,
“Xalq qəzeti” 

4 2018 22:14 - MÜSAHİBƏ
MÜSAHİBƏ

Ən son xəbərləri səhifəmizdən də izləyin