Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Canəli Əkbərovun 80 illiyinə həsr edilmiş yubiley gecəsi keçiriləcək

Martın 10-da M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli xanəndə, Xalq artisti Canəli Əkbərovun anadan olmasının 80 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.

Gecədə xanəndənin həyat və yaradıcılığından söz açılacaq, muğam sənətinin inkişafındakı xidmətlərindən danışılacaq.

Tədbir çərçivəsində tanınmış xanəndələrin iştirakı ilə konsert proqramı təqdim olunacaq. Konserti Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi ilə Azərbaycan Xalq Çalğı Alətləri Orkestri müşayiət edəcək.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

7 2020 14:12 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
14 Aprel 2020 | 10:50
Nəriman Nərimanovun – 150

Köhnə versiyamızdan xəbərləri izlə