Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkmənistanın Prezidenti zati-aliləri cənab Qurbanqulu Berdiməhəmmədova

Türkmənistanın Prezidenti zati-aliləri cənab Qurbanqulu Berdiməhəmmədova

Hörmətli Qurbanqulu Məlikquliyeviç!
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi  təbriklərimi yetirirəm. 
Azərbaycan–Türkmənistan münasibətləri ortaq dəyər və ənənələrə malik xalqlarımızın iradəsindən qaynaqlanır. Əminəm ki, dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi əməkdaşlığımızın bütün sahələrdə dərinləşməsi üçün daim möhkəm zəmin olacaqdır. 
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkmənistan xalqına daim sülh və rifah diləyirəm. 
Hörmətlə,

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 sentyabr 2018-ci il

27 2018 00:24 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə