Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tovuzda Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi açılıb

Prezident İlham Əliyev açılışda iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuz rayonuna səfəri çərçivəsində Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin açılışında iştirak edib.
Dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.
Muzeyin eksponatları ilə tanışlıq zamanı Prezident İlham Əliyev aşıq sənətinin yayılma arealını əks etdirən xəritədəki toponimlərlə bağlı iradlarını  bildirdi.  
Mədəniyyət Nazirliyinin əməkdaşı Azadə ­Hüseynova dedi: Bunlar işğal edilmiş ərazilərdə aşıq sənətinin geniş yayılmış sahələridir. 
Prezident İlham Əliyev: Bunlar Ermənistan ərazisində yerləşir. Bu ərazilər tarixi, qədim Azərbaycan torpağıdır. Ona görə siz burada düzəliş edin. Onları Azərbaycan dilində olduğu kimi yazın. Məsələn, “Dilizhan” yox, “Dilican”. “Dilican” yazılmalıdır. Sevan Göyçə gölüdür, yazmısınız “Goycha Iake”, amma burada da yazılıb “Sevan”. Razdan çayının da əsil adı Zəngidir. Siz tamamilə bu sözlərdən, toponimlərdən istifadə edin. Çünki bunlar hamısı bizim qədim torpağımızdır. “Ekhegnadzor” sonrakı addır, bunun da qədim Azərbaycan adı vardır. Ona görə onları düzəltmək lazımdır.

 

AZƏRTAC

6 Mart 2020 00:10 - RƏSMİ XRONİKA
RƏSMİ XRONİKA

Köhnə versiyamızdan xəbərləri izlə