Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham Əliyev Tovuzda Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib

Martın 4-də Tovuzda Dövlət Rəmzləri Muzeyinin yeni binasının açılışı olub. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. 
Dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsdi. 
Prezident İlham Əliyevə muzeydə nümayiş etdirilən eksponatlar barədə məlumat verildi. 
Bildirildi ki, muzey binası 1 sərgi və 22 yerlik konfrans zallarından, inzibati və yardımçı otaqlardan ibarətdir. Muzeyin sərgi zalında 3 bölmə yaradılıb. Bölmələrdə Azərbaycan xanlıqlar dövrünün xəritəsi, xanlıqların bayraqları, Orta Əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti dövrünü, Azərbaycan SSR dövrünü və Azərbaycanın müstəqillik dövrünü əks etdirən konstitusiyalar, gerblər, bayraqlar, poçt markaları, orden və medallar nümayiş olunur.

AZƏRTAC

5 Mart 2020 22:54 - RƏSMİ XRONİKA
RƏSMİ XRONİKA

Köhnə versiyamızdan xəbərləri izlə