Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham Əliyev Gürcüstanın Müdafiə nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də ­Gürcüstanın Müdafiə naziri İrakli Qaribaşvilini qəbul edib. 
Görüşdə Azərbaycan ilə ­Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə inkişafından məmnunluq ifadə olundu. Ölkələrimizin birgə iştirak etdiyi mühüm enerji layihələrinin əhəmiyyəti vurğulandı, Cənub Qaz Dəhlizinin uğurla ­reallaşmasının önəmi qeyd edildi. 
Söhbət zamanı Azərbaycan ilə ­Gürcüstan arasında iqtisadi əməkdaşlığın, investisiya qoyuluşunun əlaqələrimizin inkişafına töhfə verdiyi bildirildi. 

 

AZƏRTAC

5 Mart 2020 22:45 - RƏSMİ XRONİKA
RƏSMİ XRONİKA

Köhnə versiyamızdan xəbərləri izlə