Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qəbələ Suvarma Sistemləri İdarəsi AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.
Müqavilənin yerinə yetirilmə müddəti 2020-ci il dekabrın 31-nə kimidir.
Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlqələndirici şəxsə müraciət etmək olar.
Əlaqələndirici şəxs-Nurməmmədov Yüksəl Şükür oğlu.
Ünvan-Qəbələ şəhəri, Əziz Əliyev küçəsi 12.
E-mail: [email protected]
Telefonlar-(02420)3-52-46,3-52-47
Tender 3 (üç) lot üzrə keçiriləcəkdir.
Lot-1.Əsaslı təmir işlərinin görülməsi üçün mal-materialların satın alınması.
Lot-2.Cari təmir işlərinin görülçəsi üçün mal-materiallarının satın alınması.
Lot-3. Maşın - mexanizmlərə və nəqliyyat vasitələrinə ehtiyat hissələrinin
 satın alınması .
Maraqlananlar tenderin əsas şərtlər toplusunu (əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) tenderdə iştirak üçün elektron müraciət etdikdən və aşağıda qeyd olunan hesaba hər lot üçün 100 (bir yüz) manat məbləğdə vəsaiti ödədikdən sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.
Təşkilat- Qəbələ Suvarma Sistemləri İdarəsi
Bank rekvizitləri:
H/h- AZ -64 CTRE 00000000000002351801
VÖEN- 4400142611
Bank- DXA
Kod- 210005
VÖEN- 1401555071
M/h-AZ 41 NABZ- 01360100000000003944
S.W.I.F.Т. CTREAZ 22
Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:
- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
- tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır;
- tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı;
- bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 (otuz) bank günü çox olmalıdır;
- malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:
- malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; 
- malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;
 - malgöndərənin (podratçının) ixtisas göstəricilərinə aid məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda təqdim edilməlidir);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar;
- Vergilər Nazirliyi tərəfindən həmin iddiaçıların işçilərinin sayı, əmlakları, avadanlıqları və lazımi texniki imkanlarının olmasına aid rəsmi arayış;
- Sosial Müdafiə Fonduna borcu olub-olmaması barədə arayış;
- iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 2 aprel 2020-ci il saat 17.00-a kimi tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər. 
Malgöndərənlər (podratçılar) öz tender təkliflərini 10 aprel 2020-ci il saat 17.00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər. 
Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır. 
Tender təklifi zərfləri 13 aprel 2020-ci il saat 17.00-da elektron portal vasitəsilə açılacaqdır. 

 

Tender komissiyası

5 2020 10:03 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
31 İyul 2020 | 00:00
MƏTANƏT A
31 İyul 2020 | 00:00
KAPİTAL BANK
31 İyul 2020 | 00:00
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə