Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi müasir pyeslər müsabiqəsinin təşkili, reklam, çap və digər informasiya daşıyıcısı məhsullarının hazırlanması işlərinin satın alınması üçün AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov. az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki təcrübəyə malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.
İştirak haqqı 300 manatdır. Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri: 
VÖEN- 1700015381
H/h- AZ78CTRE
00000000000002178501
Bankın adı- Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyi 
VÖEN- 1401555071
S.W.İ.F.T. : CTREAZ22
M/h- AZ41NABZ
01360100000000003944
Kod- 210005
Ödənişin təsnifat kodu- 142330
Ünvan- AZ 1000, Azərbaycan Respublikası, Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 84, Hökumət evi, III mərtəbə.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
 İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
 - iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitlər; 
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi; 
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır); 
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır); 
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından arayış; 
- iddiaçının son on beş ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- son 1 il ərzində yerinə yetirdiyi analoji işlər və iştirak göstəriciləri haqqında məlumat. 
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satın alan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 2 aprel 2020-ci il saat 11.00-a, tender təklifi ilə bank təminatı sənədlərini isə 10 aprel 2020-ci il saat 11.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 13 aprel 2020-ci il saat 11.00-da açılacaqdır. İddiaçılar zərflərin açılışının nəticələrilə portal vasitəsilə tanış ola bilərlər. 
QEYD - tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır. E-şərtlər toplusunu 2020-ci il martın 4-dən etibarən əldə etmək olar. 

 

Tender komissiyası

4 2020 03:03 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
31 İyul 2020 | 00:00
MƏTANƏT A
31 İyul 2020 | 00:00
KAPİTAL BANK
31 İyul 2020 | 00:00
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə