Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Ordusu genişmiqyaslı komanda-qərargah təlimlərinə başlayır

Qoşunların 2020-ci tədris ilinin hazırlıq planına uyğun olaraq martın 2-də Azərbaycan Ordusu genişmiqyaslı komanda-qərargah təlimlərinə başlayır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında keçiriləcək təlimlər informasiya texnologiyalarının geniş tətbiqi, həmçinin heyətlərin, vaxt göstəriciləri və qəbul edilən qərarların icrası planlarının yoxlanılmasının müvafiq idarəetmə orqanları tərəfindən dəqiqləşdirilməsi ilə ərazi, xəritə və ərazinin maketi üzərində icra olunacaq.
Təlimlərin hər bir mərhələsində döyüşə hazırolmanın yüksəldilməsi nəzərə alınmaqla, qoşunların vaxtında və hərtərəfli, o cümlədən informasiya təminatının həyata keçirilməsi ilə qoşunların və silahların ən müasir idarəetmə üsullarının tətbiqi planlaşdırılaraq vəziyyətin inkişafının ən vacib məsələləri diqqətlə nəzərdən keçiriləcək.
Təlimlər martın 6-dək davam edəcək.

“Xalq qəzeti”

29 2020 11:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə