Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Operativ qərargah: Karantində saxlanılanlarda yeni pozitiv nəticə aşkarlanmayıb

İndiyədək koronavirus şübhəsi ilə karantində saxlanılan şəxslərdən götürülən nümunələrdə yeni pozitiv nəticə aşkarlanmayıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, karantində olan şəxslərin sayı ilə bağlı dəqiq məlumat vermək çətindir: "Ancaq xüsusilə bildirmək istəyirik ki, vətəndaşlarımızın kütləvi şəkildə ölkəyə qayıtması artıq dayanıb. Vətəndaşlarımız artıq geri dönüblər və hazırda kütləvi axın yoxdur. Lakin karantin müddəti bitməyən şəxslərin müşahidə altında saxlanılması davam edir. Bu saata qədər karantində olan şəxslərdən götürülən nümunələrdə yeni pozitiv nəticə yoxdur. Əgər hər hansı şəxsdə pozitiv nəticə qeyd olunarsa, bu barədə ictimaiyyət mütləq məlumatlandırılacaq. Koronavirus faktı təsdiqlənmiş Rusiya vətəndaşının vəziyyəti hazırda stabildir, heç bir ağırlaşması yoxdur, dəstəkverici müalicəsi davam edir".

“Xalq qəzeti”

29 2020 10:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə