Warning: Cannot modify header information - headers already sent by (output started at /var/www/xalqqazeti/public_html/xalqqazeti.com/index.php:107) in /var/www/xalqqazeti/public_html/xalqqazeti.com/index.php on line 133
Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2016-cı il 24 iyun tarixli 978 nömrəli, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2016-cı il 4 avqust tarixli 1007 nömrəli, “Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin Nizamnaməsi”nin təsdiq edilməsi və “Bakı Mühəndislik Universitetinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli 2429 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə” 2017-ci il 21 fevral tarixli 1254 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram: 
1. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 978 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik 
Toplusu, 2016, № 6, maddə 1074; 2017, № 7, maddə 1371) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
1.1. 4.15.7-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“4.15.7. Akademiyanın hərbi qulluqçularına və işçilərinə elmi və elmi-pedaqoji fəaliyyətə görə elmi adların verilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”yə uyğun olaraq vəsatət qaldırır;”;
1.2. 4.15.9-cu yarımbənddə “təsdiq” sözü “müəyyən” sözü ilə əvəz edilsin;
1.3. 8.22-ci bənddən “ixtisaslaşdırılmış” sözü çıxarılsın.
2. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 avqust tarixli 1007 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 8, maddə 1368; 2017, № 7, maddə 1372) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
2.1. 4.13.7-ci yarımbənddə “­elmi-pedaqoji əməkdaşlarına” sözləri “əməkdaşlarına elmi və elmi-pedaqoji fəaliyyətə görə” sözləri ilə əvəz edilsin;
2.2. 4.13.8-ci yarımbənddə “təsdiq” sözü “müəyyən” sözü ilə əvəz edilsin;
2.3. 8.11-ci bənddə “2003-cü il 21 fevral tarixli 857 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələrin və elmi adların verilməsi qaydaları haqqında Əsasnamə”yə” sözləri “2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”yə və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”yə” sözləri ilə əvəz edilsin;
2.4. 8.19-cu bənddən “ixtisaslaşdırılmış” sözü çıxarılsın.
3. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 fevral tarixli 1254 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 198; 2019, № 3, maddə 404, № 7, maddə 1230) ilə təsdiq edilmiş “Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin Nizamnaməsi”nin 5.4-cü bəndində “elmi adlara təqdim etmək” sözləri “elmi adlar verilməsinə dair vəsatət qaldırmaq” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 fevral 2020-ci il

29 2020 00:33 - FƏRMANLAR
FƏRMANLAR

Köhnə versiyamızdan xəbərləri izlə