Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan diasporunun nümayəndələri Moskvada Ailə və Uşaqlara Dəstək Mərkəzində olublar

Xocalı soyqırımı qurbanlarının xatirəsi günündə Rusiyanın Azərbaycan diasporunun lideri, akademik Fazil Qurbanovun təşəbbüsü ilə Moskva şəhərinin Şimal-Qərb inzibati dairəsinin “Mənim ailə mərkəzim” Ailə və Uşaqlara Dəstək Mərkəzinə ziyarət təşkil edilib.  
Rusiyanın Azərbaycan diasporu adından mərkəzin yetirmələrinə məktəb ləvazimatı, ilkin zərurət əşyaları, oyuncaqlar, Azərbaycanın zəngin tarixi, mədəniyyəti və ənənələri barədə məlumatlandırıcı kitablar, Azərbaycan nağılları, milli suvenirlər və digər hədiyyələr təqdim edilib. 
Azərbaycan diasporunun nümayəndəsi Aybəniz Rüstəmova müəssisənin rəhbəri və müəllim heyəti ilə görüşüb. O, həyatın ağır sınaqlarına məruz qalmış uşaqlara ictimai təşkilatların dəstəyinin əhəmiyyətindən danışıb, böyüməkdə olan nəslə daim qayğı göstərməyin Azərbaycan ictimaiyyətinin prioritet məsələlərindən biri olduğunu vurğulayıb və Azərbaycanın müasir tarixinin faciəli səhifələrindən söz açıb, günahsız uşaqların vəhşicəsinə qətlə yetirildiyi Xocalı hadisələrinin üzərində ətraflı dayanıb. Dünya ictimaiyyəti Xocalı soyqırımı kimi faciənin təkrarlanmasına yol verməməlidir.  
Ailə mərkəzinin direktoru İrina Vetçinnikova uşaqlara göstərdikləri diqqət və qayğıya görə Azərbaycan diasporuna minnətdarlığını bildirib, qayğıkeşliyinə, xeyirxah ürəyinə və uşaqlara xeyriyyə yardımına görə akademik Fazil Qurbanova təşəkkürnamə təqdim edib. 

 

Fəridə Abdullayeva,
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

29 2020 00:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə