Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Putin və Ərdoğan görüşməyə razılıq verib

TASS informasiya agentliyinin yaydığı məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin arasında baş tutan telefon danışığında Suriyanın İdlib bölgəsindəki vəziyyəti müzakirə etmək üçün görüşməyə dair razılıq əldə edilib.

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. O, Rusiya və Türkiyə prezidentləri arasında görüşün martın 5-də və ya 6-da baş tuta biləcəyini ifadə edib.
O deyib: “Rusiya və Türkiyə liderləri cümə günü telefon danışığı edərək, Suriyanın şimal-qərbindəki vəziyyətin normallaşdırılması üçün əlavə tədbirlərin görülməsinin vacibliyini vurğuladılar”. 
Qeyd edək ki, bu barədə məlumatı Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun da təsdiqləyib.
Onun sözlərinə görə, Türkiyə lideri, həmçinin ABŞ, Almaniya, Fransa və Böyük Britaniya rəhbərləri ilə də telefon danışıqları aparmaq niyyətindədir.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

 

29 2020 00:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə