Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Koronavirusla mübarizə məqsədilə Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsində səyyar hospital fəaliyyətə başlayıb

Koronavirus təhlükəsinin Azərbaycan ərazisində yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Qərargahın qəbul etdiyi qərara əsasən, İran İslam Respublikası ilə sərhəd–keçid məntəqələrindən Azərbaycan ərazisinə daxil olan şəxslərin ilkin müayinəsini təşkil etmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çadırlardan ibarət səyyar hospitalları yaradılır. Artıq Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsində belə hospital fəaliyyətə başlayıb. 

Fövqəladə Hallar Nazirliyinin rəsmisi Elçin Əligülov bildirib ki, dünəndən etibarən Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsində hər biri 5 nəfərlik olmaqla, 100 çadır quraşdırılıb. Həmin çadırlarda 6 nəfərdən ibarət həkim briqadası çalışır. Səyyar hospitalda sanitar qovşaq və mətbəx də var. İlkin müayinədən keçmiş və xəstəlik müəyyən olunmamış şəxslər heç bir maneə olmadan yollarına davam edə biləcəklər. Xəstəliyin əlamətləri aşkar edildiyi hallarda, həmin şəxslər həkim nəzarəti altında xəstəxanalara göndəriləcəklər.
Qeyd edək ki, koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılıb. Qabaqlayıcı tədbirlərin görülməsi və Azərbaycan Respublikasının bütün ərazilərində monitorinqin aparılması üçün aidiyyəti sahə mütəxəssislərindən ibarət ekspert qrupları təşkil olunub. Həmçinin əhalinin məlumatlandırılması və əsassız dezinformasiyaların qarşısının alınması məqsədilə qərargahın +994 12 492 41 61, +994 12 492 75 54, +994 12 505 03 30, + 994 12 505 13 33 nömrəli “qaynar xətləri” fəaliyyət göstərir.

 

AZƏRTAC

29 2020 00:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə