Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azİntelecom” MMC AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
Lot- 1 .“Bakutel-2018 beynəlxalq sərgi və konfrasında” iştirak etmək üçün baku ekspo mərkəzində xüsusi dizayna uyğun olaraq stendin hazırlanması, müxtəlif reklam işlərinin görülməsi, stendin quraşdırılması, videowall monitorlarının quraşdırılması, işıqlandırma və səsləndirmə sistemlərinin quraşdırılması, sərgidən sonra stendin sökülməsi və daşınması xidmətləri”nin satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Əlibəy Hüseynzadə küçəsi, 74 nömrəli (əlaqələndirici şəxslər : Kamil Bektaşidən və Vüqar Yəhyazadədən) telefon: 012 200 00 74/72 ) ünvandan ala bilərlər.
İştirak haqqı 1000 manatdır.
H/h: AZ30AZPO91015461200420100063
VÖEN: 9900048721
Bank: “Azərpoçt” MMC PF 1
Kod: 691011
VÖEN:9900037711
M/h:AZ76NABZ01350100000000094944
S.W.İ.F.T:AZPOAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; 
- Sosial Müdafiə Fonduna borcun olub-olmaması barədə arayış; 
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi ,qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- əsas şərtlər toplusunda nəzərdə tutulan digər sənədlər.
 Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). 
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 22 oktyabr 2018-ci il saat 17.00-a kimi, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 30 oktyabr 2018-ci il saat 17.00-a kimi, Bakı şəhəri, Əlibəy Hüseynzadə küçəsi 74 nömrəli ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 31 oktyabr 2018-ci il saat 15.30-da Bakı şəhəri, Ə.Hüseynzadə küçəsi, 74 , “AzIntelecom” MMC-nin inzibati binasında açılacaqdır. 
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

26 2018 23:17 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
18 Sentyabr 2020 | 00:56
B İ L D İ R İ Ş
18 Sentyabr 2020 | 00:56
B İ L D İ R İ Ş
18 Sentyabr 2020 | 00:55
Elan
18 Sentyabr 2020 | 00:52
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə