Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Salyanda regional müşavirə keçirilib

Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin və Salyan Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Salyan rayonunda “Təhsil Nazirliyinin tabeliyindəki təhsil müəssisələrinin ərazilərində hərbi sursat və tərkibində partlayıcı maddə olan qurğuların aşkar edilməsi, zərərsizləşdirilməsi, müəllim-şagird heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi barədə” regional müşavirə keçirilib.

Tədbiri Təhsil Nazirliyi audit şöbəsinin əmlakın monitorinqi sektorunun müdiri Bəhruz Müslümov açaraq Təhsil nazirinin müvafiq əmrinin icrası ilə əlaqədar qarşıda duran vəzifələr barədə məlumat vermişdir. Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov tədbirin keçirilməsinin əhəmiyyətindən danışmış və bu sahədə baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınmasında maarifləndirmə tədbirlərinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirmişdir.
ANAMA-nın nümayəndəsi İdris İsmayılov çıxışında minaların zərərsizləşdirilməsi, və digər normativlərin yerinə yetirilməsində təhlükəsizlik qaydalarına dəqiq riayət edilməsinin, partlamamış hərbi sursat (minalar, qumbaralar, mərmilər və digər partlayıcı əşyalar) və təqliğ vasitələri aşkar edildikdə onlara toxunmağın qəti qadağan olması və dərhal 102 və ya 112 “Qaynar xətti”nə məlumat verilməsinin önəmini vurğulayıb.
Tədbirdə Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseyin hərbi rəhbəri Qılman Eyvazov, Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Rafiq Zeynalov, Baş Dövlət Yol Polisi İdarəsinin təmsilçisi, polis polkovnik-leytenantı Mübariz Ağayev və başqaları çıxış etmişlər.

 

Səməd HÜSEYNOĞLU, 
“Xalq qəzeti”nin bölgə müxbiri 

29 2020 00:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə