Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xocavənd Rayon Kommunal Müəssisələr Kombinatı Xocavənd qəsəbəsində qəsəbəarası yolların təmiri işlərinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. 
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Müqavilə üç ay ərzində yerinə yetirilməlidir.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Xocavənd rayonu, Xocavənd qəsəbəsində Kommunal Müəssisələr Kombinatından (əlaqələndirici şəxs- E.Namazovdan, telefon- ( 051 999-86-84) ala bilərlər.
İştirak haqqı 75 manatdır.
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:
Təşkilat-Xocavənd rayon Yerli Xəzinədarlığı Orqanı (YXO)
Hh- AZ41AIIB32051019444000202140
VÖEN- 7900013321
Bank- “Kapital Bank”ın Beyləqan filialı
Kod-200402
VÖEN-9900003611
Mh- AZ37NABZ01350100000000001944
S.W.İ.F.T.BİK-ALLBAZ 2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri 17 aprel 2020-ci il saat 17.00-dək təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün ərizə:
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır):
- tender təklifi dəyərinin 1faizi həcmində(təklifin təminatı) bank zəmanəti (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır):
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanları tərəfindən arayış;
- iddiaçının son 1 il ərzində maliyə vəsaiti haqqında bank tərəfindən verilmiş arayış;
- iddiaçının tam adı,hüquqi statusu,nizamnaməsi,qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; 
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları; 
- analoji işlərdə təcrübəsi, iddiaçının potensial texniki və kadr imkanları barədə rəsmi məlumat. 
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru “Dövlət satın­almaları haqqında”Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədlərdən əlavə iş qrafiki, tender təklifi və bank zəmanətini möhürlənmiş ikiqat zərfdə 22 may 2020-ci il saat 17.00-dək təqdim etməlidirlər.
Yuxarıda göstərilən tarixdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri 25 may 2020-ci il saat 10.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İştirakçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
 
 
Tender komissiyası 
29 2020 00:05 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
8 Avqust 2020 | 00:01
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə