Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aleksandr Lukaşenko: Belarusda yeni pensiya islahatına başlamaq lazımdır

Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, ölkədəki pensiya sistemi öz dövrünü başa vurub və onunla bağlı islahatlara başlamaq lazımdır. Məlumatı “Sputnik Belarus”a istinadən RİA “Novosti” verib.

Bir müddət əvvəl Belarusda pensiya sahəsində təkmilləşmə aparılması ilə bağlı qərar qəbul edilmişdi. Prezident Lukaşenkonun 11 aprel 2016-cı il tarixli fərmanına əsasən, 1 yanvar 2017-ci ildən ölkədə pensiya yaşının hər il altı ay olmaqla artırılmasına başlanılıb. Pensiya islahatlarının nəticəsi olaraq, 2022-ci ilə qədər qadınlar üçün pensiya yaşı 55-dən 58-ə, kişilər üçün 60-dan 63-ə qaldırılır. 
Lukaşenko dünən Belarus həmkarlar təşkilatının qurultayında bu məsələyə toxunaraq deyib: “Bizim bu gün istifadə etdiyimiz pensiya sistemi artıq işə yaramır. Prezident seçkilərindən sonra bununla məşğul olmaq lazım gələcək. Biz hazırkı tərkiblə işləməkdə davam etsək, bu ilin axırında bu məsələ ilə məşğul olmağa başlayarıq”. 
Prezidentin sözlərinə görə, “elə etmək lazımdır ki, insan işləyəndə nə vaxtsa pensiyaya gedəcəyini başa düşsün və desin ki, yaxşı pensiya almaq üçün yaxşı işləməlidir. Yəni pis işləyənə yaxşı pensiya vermək, eyniləşdirmə aparmaq olmaz”.
Belarusun Mərkəzi Seşki Komissiyasının məlumatına görə, ölkədə prezident seçkiləri bu il keçirilməlidir. MSK sədri Lidiya Yermoşina deyib ki, bu seçkinin keçirilməsi üçün ən münasib vaxt avqustun 30-dur. 
Prezident Lukaşenko isə bəyan edib ki, “əlləri əsə-əsə” prezident kürsüsündən yapışmaq fikrində deyil, amma belaruslar imtina edənə qədər onlara öz namizədliyini təqdim etmək niyyətindədir. 

 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

29 2020 00:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə