Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qvardioladan yeni rekord

İngiltərənin “Mançester Siti” futbol klubu Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin ilk oyununda “Real”ı məğlub edib. 2:1 hesabı ilə bitən görüş “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola üçün əlamətdar olub. Belə ki, Madriddəki zəfər ispan mütəxəssisin Çempionlar Liqasının pley-offlarındakı 28-ci qələbəsi olub. Qvardiola bununla da turnir tarixində pley-off mərhələlərində ən çox qələbə qazanan məşqçi olub. 49 yaşlı mütəxəssis bu göstəricidə Joze Mourinyo, Karlo Ançelotti və Aleks Ferqyusonu geridə qoyub.
Xəbəri “Eurosport” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 

29 2020 00:00 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə