Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Klub satıla bilər

“Çelsi”nin sahibi Roman Abramoviç klubu satmağı planlaşdırır. Hazırda rusiyalı milyarder müəyyən çətinliklərlə üzləşib. O, İngiltərə vizası ala bilmir. Üstəlik, ABŞ-ın tətbiq etdiyi sanksiyaların sərtləşəcəyindən də narahatdır.
Bütün bunları nəzərə alan Abramoviç klubu satmaq niyyətindədir. Milyarder artıq təklif də alıb, amma imtina edib. “Çelsi”ni almaq istəyən şəxs 2,57 milyard avro təklif etsə də, Abramoviç razılaşmayıb. O, klubu daha baha qiymətə satmağı planlaşdırır. Onun fikirincə, “Çelsi”nin minimum qiyməti 3,36 milyard avrodur. Abramoviç “Çelsi”ni bu qiymətə sata bilsə, dünya idmanının tarixində rekord göstərici qeydə alınacaq.
O, 2001-ci ildə “Çelsi”ni 156 milyona alıb və 17 il ərzində klubun inkişafına 1,23 milyard avro sərmayə qoyub.
Xəbəri “Goal.com” yayıb.
 

Hazırladı: 
Elçin ABBASOV,
“Xalq qəzeti”

 

26 2018 23:14 - İDMAN
İDMAN
19 Mart 2020 | 20:50
AVRO-2020 təxirə salındı
19 Mart 2020 | 20:47
Müqavilə ləğv edilib

Köhnə versiyamızdan xəbərləri izlə