Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Neftin qiyməti aşağı düşməkdə davam edir

Dünya bazarında “qara qızıl”ın qiyməti aşağı düşməkdə davam edir. Londonun “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 3,45 faiz azalaraq bir bareli 49,62 dollar olub ki, bu da 2017-ci ilin iyul ayının minimum göstəricisinə bərabərdir.

Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin qiyməti  3,99 faiz azalaraq bir bareli 45,28 dollar olub. Azərbaycanın “AzeriLight” markalı neftinin qiyməti 3,5 faiz azalaraq birv bareli 51 72 dollar olub.

Qeyd edək ki, martın 5-6-da OPEC+ dövlətlərin növbəti iclası keçiriləcək. İclasda neftin qiymətinin sabitləşməsi barədə müzakirələr aparılacaq. Ekspertlər bildiriblər ki, hasilat daha 600 milyon barel azalacaq.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

28 2020 16:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə