Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiyaya bahar erkən gələcək

Rusiyanın Avropa hissəsinə bahar erkən gələcək. “Fobos” Hava Mərkəzinin aparıcı mütəxəssisi Aleksandr  Sinenkov bildirib ki, həmişə mart ayında Rusiyanın Avropa hissəsində 3-5 dərəcə şaxta olurdu. İndi isə martın ilk həftəsində 7-9 dərəcə isti gözlənilir. Bu heç də təəccüblü deyil.

Bu il qış Rusiyada çox mülayim keçib. Qar az yağıb.

RİA “ Novosti”nin məlumatına görə, sinoptiklər bildiriblər ki, Rusiyanın Avropa hissəsinə bahar martın 27-də, Sibirə isə aprel ayında gələcək.

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

28 2020 16:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə