Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Quba Soyqırımı Memorial Kompleksi məktəbliləri tariximizlə bağlı maarifləndirir

Quba Soyqırımı Memorial Kompleksi rəhbərliyinin təşəbbüsü ilə 2018-ci ildə təsdiq edilmiş 5 illik “31mart -Azərbaycanlıların soyqırımı” adlı təbliğat xarakterli maarifləndirici layihə çərçivəsində 1500-ə yaxın məktəbli maarifləndirilib.

Sözügedən layihənin ilkin başlanğıcı 2018-ci ildə Quba rayonunda, 2019-cu ildə isə Qusar rayonun ümumtəhsil müəssisələrində gerçəkləşmiş və davamı olaraq, bu il  fevralın 20-28-i çərçivəsində   Xocalı soyqırımının 28-ci illiyi ərəfəsində  həmin tədbirlər  Xaçmaz şəhər 1,2,4,5,7,8 nömrəli tam orta məktəblərində təşkil edilib.

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin təşəbbüsü və Xaçmaz rayon İcra Hakimiyyətinin dəstəyi ilə baş tutmuş tədbirlərdə RİH-in

əməkdaşları, həmin məktəblərin rəhbərliyi eləcə də 1500 nəfərdən çox müəllim və şagird kollektivlərinin iştirakı ilə həyata keçirilib.

Keçirilən tədbirlərdə layihənin əhəmiyyətindən, XX əsr ərzində Qafqazda Azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasətindən, eləcə də Kompleksin fəaliyyəti barədə geniş məzmunlu məlumatlar verilib. Kompleksin mütəxəssisləri Azərbaycan soyqırımları haqqında gənclərimizin beynəlxalq tədbirlərdə erməni yalanları və təxribatlarına  cavab olaraq gerçək tarixi faktları açıqlamaq üçün məlumatlı, bilikli olmalarının önəmini qeyd etmişlər. Bildirilib ki, hər bir azərbaycanlı gənc öz tarixi keçmişinə yaxşı bələd olmalı, tariximizin qürurlu, eləcə də faciəli səhifələrini unutmamalıdırlar.

 

Ə.ƏLƏSGƏRLİ,
“Xalq qəzeti”

28 2020 15:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə