Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Vəsiyyət” tamaşası yenidən səhnədə

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının repertuarında maraqlı tamaşalardan olan “Vəsiyyət” tamaşası bu  gün  teatrsevərlər üçün növbəti dəfə təqdim olunacaq.

Teatrdan bildirilib ki, tamaşa, yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng” pyesi əsasında səhnələşdirilib. İkihissəli qara komediyanın quruluşçu rejissoru Əməkdar artist Firudin Məhərrəmov, rejissoru Əlif Cahangirli, quruluşçu rəssamı Xalq rəssamı Nazim Bəykişiyev, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Səhnə əsərində Abbas Qəhrəmanov, Mirzə Ağabəyli Münəvvər Əliyeva, Almaz Amanova, Aslan Şirin, Sevinc Əliyeva, Kazım Həsənquliyev, Rövşən Kərimduxt, Ləman İmanova, Rüstəm Rüstəmov, Elçin Əfəndi, İlahə Həsənova və Fəridə Şahbazova, Ramin Şıxəliyev çıxış edəcək.

Qeyd edək ki, tamaşa Dövran adlı zəngin şəxsin yaxınlarına vəsiyyətindən bəhs edir. Həmçinin səhnə əsəri insanlar arasında var-dövlət hərisliyini, mənəvi eybəcərliyi kəskin tənqid edir, insanı mənəvi kamilliyə səsləyir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 

28 2020 15:28 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə