Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Argentinanın Azərbaycandakı səfirliyinin rəsmisi Milli Kitabxanada olub

Argentinanın Azərbaycandakı səfirliyinin missiya rəhbərinin müavini xanım Korina Beatriz Lehman Milli Kitabxanada olmuşdur. Qonağı Milli Kitabxananın direktoru professor Kərim Tahriov qarşılamışdır. Görüş zamanı Argentinanın Azərbaycandakı səfirliyi ilə Azərbaycan Milli Kitabxanası arasında yaxın münasibətlərin olduğunu qeyd edən direktor Kərim Tahirov bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır.

Xanım Korina öz növbəsində yenidən Milli Kitabxanada olmaqdan məmnunluğunu ifadə et və bu dəfəki ziyarətinin məqsədinin Argentinalı müəllif Rodolfo Dinselin Azərbaycan dilinə tərcümə edimiş “Tanqo rəqsi” adlı kitabının təqdimat mərasimi ilə bağlı olduğunu bildirmişdir. Daha əvvəl Argentinalı müəllif Adolfo Bio Kasaresin Azərbaycan dilinə tərcümə edilmiş"Morelin ixtirası" kitabının təqdimat mərasiminin Milli Kitabxanada yüksək səviyyədə keçirildiyini bildirən xanım bu təqdimat üçün Milli kitabxananın ən ideal məkan olduğunu qeyd etmişdir. Kitab haqqında qısa məlumat verən Korina xanım bu kitabın tanqonun tarixindən, tanqo mədəniyyətindən və texnikasından bəhs edən, həmçinin rəqs məktəbləri və tanqo həvəskarları üçün faydalı bir vəsait olduğunu qeyd etmişdir.

Direktor Kərim Tahirov təklifə müsbət münasibətini bildirmiş və yaxın günlərdə Argentinanın Azərbaycandakı səfirinin, Tərcümə Mərkəzinin və digər ziyalıların iştirakı ilə təqdimat mərasiminin keçirilməsinin məqsədəuyğun olduğunu qeyd etmişdir. Görüş zamanı həmçinin Argentina Milli Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında imzalanması nəzərdə tutulan qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma Memorandumu da müzakirə edildi. K.Tahirov memorandumun bu il imzalanacağına ümid etdiyini bildirmişdir.

Daha sonra sözügedən kitabın təqdimat mərasiminin təfərrüatları barədə danışıqlar edildi və yaxın günlərdə kitabın təqdimatının keçirilməsi barədə razılığa gəlinmişdir.

Sonda xanım Korina Beatriz haqqında bəhs edilən “Tanqo rəqsi” adlı kitabı Milli Kitabxanaya hədiyyə etmişdir.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 

28 2020 15:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə