Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Modelyer Kardenin Avropada ən bahalı evi satışa çıxarılıb

Avropanın ən bahalı evi müəyyən edilib. Bu, modelyer Pyer Kardena məxsus "Palais Bulles" villasıdır. Fransanın əsrarəngiz sahillərində yerləşən bu evin qiyməti 305 milyon funt sterlinq qeyd edilib. Obyektin satışı barədə "Christie's" agentliyinin saytınada elan yerləşdirilib.

P.Karden bu evi 90-cı illərin əvvəllərində hərracda alıb. Evdə səs-küy dolu əyləncəli axşamlar, moda nümayişləri təşkil olunub.

Modelyer həmin evi hələ 2015-ci ildə 300 milyon funt sterlinqə satmağa cəhd göstərsə də, müştəri tapılmayıb.

Tərcüməsi "Köpük sarayı" olan  "Palais Bulles"in sahəsi 13 min kvadrat fut (1,2 min kvadratmetr) təşkil edir. Sarayın özəl panorama sahəsi, 11 hamam otağı, müasir rəssamların bahalı əsərlərilə dekorasiya edilmiş 10 yataq otağı var.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 

28 2020 15:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə