Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hacı Zeynalabdin Tağıyevin xatirəsinə yeni layihə hazırlanıb

ASAN Radionun dəstəyi ilə görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin xatirəsinə layihə hazırlanıb. Layihənin rəhbəri ASAN Radionun direktoru Emin Musavi, ideya müəllifi isə Əməkdar artist Bəhram Bağırzadədir.

Radiodan   bildiriblər ki, videoda H.Z.Tağıyevin həyat yolundan ən vacib və nümunəvi məqamlardan birinə – Azərbaycanın savadlı gələcəyi naminə xidmətlərinə yer verilib.

Layihənin ərsəyə gəlməsinə Milli Azərbaycan Tarixi Muzeyi dəstək göstərib.

Xatırladaq ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 2019-cu ilin martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə aktyor Bəhram Bağırzadə Bakı şəhərində Hacı Zeynalabdin Tağıyevin heykəlinin ucaldılmasını təklif etmişdi. Dövlət başçısı təklifi bəyənərək, dərhal tapşırıq vermişdi. Beləliklə, böyük azərbaycanlı, xeyriyyəçi H.Z.Tağıyevin heykəli tezliklə paytaxtın mərkəzində ucaldılacaq.

 

M.MÜKƏRRƏMOĞLU,
 “Xalq qəzeti”

28 2020 15:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə