Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda ilk koronavirus infeksiyasına yoluxma faktını təsdiq olundu

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD-19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edib.

 

Operativ qərargahdan verilən məlumatda bildirilir ki, koronavirusa yoluxmuş şəxs Rusiya vətəndaşıdır. İrandan Azərbaycana daxil olarkən həmin şəxsdə  xəstəliyin əlamətləri müəyyən olunub və xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib. Aparılmış müayinələr və testlər nəticəsində koronavirusa yoluxma testi müsbət nəticə verib. Hazırda pasiyentin vəziyyəti sabitdir.

Xəstəxana pasiyenti müvafiq terapiya ilə təmin etmək və infeksiyanın yayılmasına yol verməmək üçün peşəkar həkim heyətinə və ixtisaslaşmış avadanlığa malikdir.

Virusun yayılmasının məhdudlaşdırılması və onun arzuolunmaz nəticələrə yol açmasının qarşısının alınması üçün müvafiq tədbirlərin həyata keçirilməsinə, o cümlədən bütün lazımi məlumatları əldə etmək məqsədilə virusun mənbəyinin və yayılma yollarının, digər yoluxma hallarının aşkarlanması ilə bağlı xəstənin əlaqədə olduğu şəxslərin müəyyən edilməsinə başlanılıb.

28 2020 14:59 -

Köhnə versiyamızdan xəbərləri izlə