Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı Şəhər Baş Səhiyyə İdarəsi tabeliyindəki müəssisələrə 2020-ci ilə tələb olunan malların (iş və xidmətlərin) satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

 Tender ayrı-ayrı lotlar üzrə keçirilir.
1. Mühafizə xidmətinin satın alınması.
2. İçməli suyun satın alınması. 
3. Stomatoloji xidmətlərin satın alınması. 
4. Xidmət göstəriləcək elektrotexniki avadanlıqlara qoyulacaq ehtiyat hissələrinin satın alınması.
5. Elektrotexniki avadanlıqlara (kompüter, printer və kseroks) texniki xidmət göstərilməsinin satın alınması.
6. Liftlərə texniki xidmət göstərilməsinin satın alması. (Xətai rayonu üzrə)
7. Liftlərə texniki xidmət göstərilməsinin satın alması. (Xəzər, Suraxanı və Binəqədi rayonları üzrə).
8. Hidravlik qapılara texniki xidmət göstərilməsinin satın alması. 
9.Hüquqi xidmət göstərilməsinin satın alınması.
Tender iştirakçıları dövlət satınalmalarının www.etender.gov.az vahid internet portalına (portal) elekton imzaları vasitəsilə daxil olaraq tender haqqında ətraflı məlumat əldə edə bilərlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Malların təchizatı, iş və xidmətlərin yerinə yetirilməsi cədvəli hər ay müəyyən edilmiş və 2020-ci il dekabrın 30-na kimi nəzərdə tutulmuşdur.
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.
Tenderlə əlaqədar məlumat almaq istəyənlər əlaqələndirici şəxsə müraciət edə bilərlər.
Əlaqələndirici şəxs-Xanlar Hüseynov, telefon- 012 595-38-28. 
Ünvan-Bakı, M. Mirqasımov küçəsi 1A, Bakı Şəhər Baş Səhiyyə İdarəsi.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.
İştirak haqqı lot -1. Mühafizə xidmətinin satın alınması ücün 100 manat,
lot-2. İçməli suyun satın alınması 50, 
lot-3. Stomatoloji xidmətlərin satın alınması 100, 
lot-4. Xidmət göstəriləcək elektrotexniki avadanlıqlara qoyulacaq ehtiyat hissələrinin satın alınması 100, lot-5. Elektrotexniki avadanlıqlara texniki xidmət göstərilməsinin satın alınması 100, lot-6. Liftlərə texniki xidmət göstərilməsinin satın alması (Xətai rayonu üzrə) 50,
lot-7. Liftlərə texniki xidmət göstərilməsinin satın alması. (Xəzər, Suraxanı və Binəqədi rayonları üzrə) 50, lot-8. Hidravlik qapılara texniki xidmət göstərilməsinin satın alması 30 və lot- 9.Hüquqi xidmət göstərilməsinin satın alınması isə 50 manatdır.
İştirakçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər.
ADI- MNDXA – nın 8 saylı Xəzinədarlıq İdarəsi
VÖEN- 1401555071 
KOD- 210005 
M/h- AZ41NABZ01360100000000003944
S.W.İ.F.T BİK: CTREAZ22
H/h- AZ54CTRE00000000000002128202
Kitab- 002736 
 Fond - 7 
 Büdcə səviyyəsinin kodu 142330
VÖEN- 1400125591
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
-iddiaçının hüquqi statusunu əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, VÖEN) notariat qaydasında təsdiq edilmiş surətləri, ƏDV qeydiyyatının olub-olmamasını müyyənləşdirməyə imkan verən sənədlərin surətləri;
-tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmr);
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-digər sənədlər.
Sənədlər Azərbaycan dilində tərtib olunmalı (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir) və portala yüklənməlidir. İddiaçılar tenderlə bağlı sualları yalnız portal vasitəsi ilə satınalan təşkilata ünvanlaya bilərlər.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 27 mart 2020-ci il saat 18.00-a, tender təklifi ilə bank təminatı sənədlərini isə 6 aprel 2020-ci il saat 16.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların tender təkliflərinin açılışı 7 aprel 2020-ci il saat 10.00-da dövlət satınalmalarının vahid internet portalında aparılacaqdır. 
QEYD- tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır

 

Tender komissiyası

28 2020 01:28 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
8 Avqust 2020 | 00:01
B İ L D İ R İ Ş
8 Avqust 2020 | 00:00
B İ L D İ R İ Ş
8 Avqust 2020 | 00:00
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə