Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qubadlılılar Xocalı soyqırımının 28-ci ildönümünü dərin hüznlə yad etdilər

Xocalı faciəsinin  ildönümü ilə  bağlı Qubadlı rayonunun idarə, müəssisə və təşkilatlarında anım tədbirləri  keçirildi. 
 Bu tədbirlərin yekunu olaraq Qubadlı Rayon İcra Hakimiyyəti və YAP Qubadlı rayon təşkilatının birgə təşkilatçılığı ilə  H. Quliyev adına Çaytumas kənd məktəb– liseyində keçirilən  tədbirdə  RİH başçısının müavinləri Allahverdi Haxverdiyev və Xoşqədəm Alıyeva rayonun  digər işçiləri RİH-nin məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Anım mərasimini məktəbin direktoru  Şamama Həsənova açıq elan etdikdən sonra Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha  sonra faciəni əks etdirən  film  nümayiş olundu. 
Tədbirdə qeyd edildi  ki, tarixən Azərbaycan xalqına qarşı soyqırımı siyasəti həyata keçirən erməni faşistləri öz vəhşi simalarını bir daha bütün dünyaya nümayiş etdirərək, 28 il bundan əvvəl  dinc əhaliyə divan tutmuşlar. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri  Dağlıq Qarabağ ərazisindəki ermənilərin qeyri-qanuni silahlı dəstələri, keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayın şəxsi heyətinin və hərbi texnikasının bilavasitə iştirakı ilə Xocalı şəhərinə hücuma keçərək, Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirmişlər.
Xocalı soyqırımının dünyaya çatdırılması bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli faciənin əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir. Bundan əlavə azərbaycanlılara qarşı zaman-zaman törədilmiş soyqırımı ilə əlaqədar ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Sonda bildirildi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevın apardığı siyasət sayəsində  torpaqlarımız işğaldan azad ediləcək və  şəhidlərimizin ruhu rahatlıq tapacaqdır.

 

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

28 2020 01:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə