Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ötən ay ölkəyə 61 milyon dollar dəyərində avtomobil idxal edilib

Yanvarda Azərbaycana 60 milyon 992 ABŞ dolları dəyərində 5906 avtomobil idxal olunub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 36-sı sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 5560-ı əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitəsi, 292-si yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 18-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.

V.BAYRAMOV,
“Xalq qəzeti"

27 2020 12:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə