Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan ötən ay ən çox İtaliyaya məhsul göndərib

Yanvarda Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, yanvarda ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya olmaqla, İsrail və Türkiyə qərarlaşıb. İtaliyaya ixracın dəyəri 1 milyard 142,7 milyon ABŞ dolları, İsrailə 180,9 milyon dollar, Türkiyəyə isə 122,7 milyon dollar olub.

Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında ilk üçlükdə İtaliya, İsrail və Türkiyə qərarlaşıb. İtaliya ilə ticarət dövriyyəsi 1 milyard 170,8 milyon dollar, Türkiyə ilə 224,4 milyon dollar, İsrail ilə isə 182 milyon dollar təşkil edib.

V.BAYRAMOV,
“Xalq qəzeti”

27 2020 12:53 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə