Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"BakıKart” terminallarında tezliklə pul qalığının qaytarılması da mümkün olacaq

“Artıq 5 ildir ki, ictimai nəqliyyatda vahid kartdan nağdsız ödəniş sistemi tətbiq edilib. Və ötən müddətdə “BakıKart” terminallarının pulun qalığının qaytarmaması ilə bağlı hər hansı bir kiçik narahatlıq da qeydə alınmayıb”.

Mediaya bu açıqlamasının davamında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbaut katibi Mais Ağayev bildirib ki, qalıq vəsaitin qaytarılmaması ilə bağlı terminalların üzərində də xəbərdarlıq yazılıb. Bakıda nağdsız terminallar quraşdırılan zaman 17 ölkənin təcrübəsindən istifadə olunub: “Avropa və bizə yaxın ölkələrin təcrübəsində də bu proses nəzərdən keçirilib. Həmin ölkələrin nəqliyyat institutları ilə görüş zamanı məlum olub ki, bu fakt ciddi problem yaratmır. Eyni zamanda bildirim ki, əgər terminallarda qalıq pulun qaytarılması mümkün olarsa, bu halda “BakıKart” terminallarından “pulxırdalama” aparatı kimi istifadə oluna bilər. Bu isə öz növbəsində müəyyən çətinliklər yaradar. Təbii zaman keçdikcə pul qalığının qaytarılması kimi imkanlar da mümkün olacaq”.

M.Ağayev sonda bildirib ki, hazırda ağentliyin qarşısında duran əsas məsələ “BakıKart”a inteqrasiyanı tamamlamaq və onlayn ödənişə keçidi təmin etməkdir. Çünki onlayn ödəniş sistemi işə salındıqdan sonra artıq bir çox məsələlər tam həllini tapmış olacaq.

R.TAHİR,
“Xalq qəzeti”

27 2020 11:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə