Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tovuzda Xocalı soyqırımı ilə bağlı anım mərasimi keçirilmişdir

Xocalı soyqırımının 28-ci ildönümünün qeyd edilməsi ilə əlaqədar olaraq Tovuz Rayon İcra Hakimiyyətinin tədbirlər planının icrası çərçivəsində Aşıq Əkbər Cəfərov adına Tovuz Rayon Mədəniyyət Mərkəzində Xocalı soyqırımı anılıb.

Rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə mədəniyyət mərkəzinin foyesində Xocalı faciəsinə həsr olunmuş tematik guşə ilə tanış olmuşlar.  Anım mərasimində amansızcasına qətlə yetirilənlərin ruhuna dualar oxunub. Faciə səbəbkarlarının hələ də cəzasız qalmasına münasibət bildirilmiş, 28 il ötsə də haqq-ədalətin yerini tapmaması təəssüflə qeyd edilmişdir.

Mədəniyyət mərkəzində Xocalı soyqırımına həsr olunmuş, rayon xalq teatrının və incəsənət ustalarının hazırladığı “Nakam arzular” kompozisiyası tamaşaçılara təqdim edilmişdir.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

27 Fevral 2020 11:32 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə