Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATMU beynəlxalq elmi forumda təmsil olunub

Rusiya Federasiyasının Həştərxan şəhərindəki Həştərxan Dövlət Universitetinin təşkilatçılığı ilə “21 - ci əsrdə Xəzər regiounu: Davamlı inkişaf yolları” adlı beynəlxalq elmi forum keçirilib.

Beynəlxalq elmi forumun təşkilində başlıca məqsəd Xəzərətrafı ali təhsil müəssisələrinin dəstəyi ilə region əhəmiyyətli müştərək akademik araşdırmalara nail olunması və elmi əməkdaşlıq imkanlarının müzakirəsinin təşkili məsələsi idi. Adıkeçən beynəlxalq elmi tədbirdə Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) mehmanxana və restoran biznesi kafedrasının müdiri Novruz Quliyev ”Azərbaycanda turizmin inkişafı”mövzusunda məruzə edib.

Müzakirələr zamanı N.Quliyevin “Xəzəryanı ölkələrdə turizm imkanlarının öyrənilməsi və turizm marşrutlarının kriteriyalarının müəyyən edilməsi” təklifi isə rəğbətlə qarşılanıb.

Tədbir çərçivəsində komissiya üzvlərinin də qatıldığı iclasda Xəzəryanı ölkələrin Yol Xəritəsi müzakirə olunub.Həmçinin “I Xəzər Elm Forumu”nun Bakı şəhərində keçirilməsi təklifi irəli sürülüb.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti"

27 2020 11:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə