Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə ordusu 114 Suriya hərbçisini zərərsizləşdirib

Türkiyənin Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində bildirilir ki, Türkiyə ordusu iki hərbçisinin öldürülməsinə cavab olaraq Suriyanın hökumət ordusunun mövqelərinə zərbələr endirib.

Zərbələr nəticəsində 114 Suriya hərbçisi zərərsizləşdirilib, 1 zenit-raket kompleksi, 3 tank və bir sıra texnika məhv edilib, 3 tank ələ keçirilib.

Xatırladaq ki, daha əvvəl Suriyanın hökumət ordusu İdlib deeskalasiya zonasında Türkiyə hərbçilərinin mövqeyinə hava zərbəsi endirib. Hava zərbəsi nəticəsində 2 Türkiyə hərbçisi həlak olub, 2-si isə yaralanıb.

                                                                     “Xalq qəzeti”

27 2020 10:24 -

Köhnə versiyamızdan xəbərləri izlə