Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 63 Bakı şəhəri, 22 fevral 2020-ci il
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları”nın təsdiq edilməsi barədə” 2009-cu il 11 avqust tarixli 123 nömrəli, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2011-ci il 13 yanvar tarixli 5 nömrəli, “Narkoloji yardımın dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2012-ci il 10 avqust tarixli 180 nömrəli, “Tutulmuş və ya həbs edilmiş şəxslərə tibbi və psixoloji yardım göstərilməsi, habelə onların tibb müəssisələrində saxlanılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2013-cü il 18 aprel tarixli 67 nömrəli, “Narkomanlığa düçar olmuş şəxslərin müalicəsi, reabilitasiyası və resosializasiyası üzrə Proqram”ın təsdiq edilməsi barədə” 2014-cü il 13 avqust tarixli 276 nömrəli və “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2016-cı il 8 iyun tarixli 218 nömrəli qərarlarında dəyişiklik edilməsi ­haqqında
 
“Azərbaycan Respublikasının “Uşaq hüquqları haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Gənclər siyasəti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” və “Təhsil haqqında” qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 8 oktyabr tarixli 1675-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 noyabr tarixli 1562 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 11 avqust tarixli 123 nömrəli Qərarı (Azərbaycan Respub-likasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 676; 2015, № 7, maddə 880; 2016, № 9, maddə 1585) ilə təsdiq edilmiş “İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları”nın 6.4-cü bəndinə “psixoloji” sözündən sonra “reabilitasiyası və psixoloji korreksiyası” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 1, maddə 58; 2012, № 1, maddə 34, № 10, maddə 1007; 2014, № 10, maddə 1329; 2015, № 12, maddə 1562; 2016, № 7, maddə 1351, № 10, maddə 1717; 2017, № 4, maddə 612, № 12 (II kitab), maddələr 2519, 2535; 2018, № 5, maddə 1144, № 11, maddə 2429; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 30 dekabr tarixli 519 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
2.1. 4.20-ci bəndə “təşkil olunur” sözlərindən sonra “və “Psixoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməklə, psixoloji yardım həyata keçirilir” sözləri əlavə edilsin;
2.2. aşağıdakı məzmunda 7.1.4-1-ci yarımbənd əlavə edilsin:
“7.1.4-1. “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq;”.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 10 avqust tarixli 180 nömrəli Qərarı (Azərbaycan Respub-likasının Qanunvericilik Toplusu, 2012, № 8, maddə 828) ilə təsdiq edilmiş “Narkoloji yardımın dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi Qaydası”nın 2.1.6-cı yarımbən-dində “sosial-psixoloji reabilitasiya” sözləri “psixoloji reabilitasiya və psixoloji korreksiya” sözləri ilə əvəz edilsin.
4. “Tutulmuş və ya həbs edilmiş şəxslərə tibbi və psixoloji yardım göstərilməsi, habelə onların tibb müəssisələrində saxlanılması Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 aprel tarixli 67 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 4, maddə 445) aşağıdakı dəyişikliklər edilsin:
4.1. adından və 1-ci hissəsindən “və psixoloji” sözləri çıxarılsın;
4.2. həmin Qərarla təsdiq edilmiş “Tutulmuş və ya həbs edilmiş şəxslərə tibbi və psixoloji yardım göstərilməsi, habelə onların tibb müəssisələrində saxlanılması Qaydaları” üzrə:
4.2.1. adından və 1.1-ci bəndindən “və psixoloji” sözləri çıxarılsın;
4.2.2. 1.2-ci bənddən birinci halda “və psixoloji” sözləri çıxarılsın və həmin bənddə “epidemiya əleyhinə və psixoloji” sözləri “və epidemiya əleyhinə” sözləri ilə əvəz edilsin;
4.2.3. 6-cı hissə ləğv edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 276 nömrəli Qərarı (Azərbaycan Respub-likasının Qanunvericilik Toplusu, 2014, № 8, maddə 1010) ilə təsdiq edilmiş “Narkomanlığa düçar olmuş şəxslərin müalicəsi, reabilitasiyası və resosializasiyası üzrə Proqram”da aşağıdakı dəyişikliklər edilsin:
5.1. 4.4-cü bəndin üçüncü cümləsində “sosial-psixoloji reabilitasiya” sözləri “psixoloji reabilitasiya və psixoloji korreksiya” sözləri ilə əvəz edilsin;
5.2. 4.5-ci bəndə “psixoloq” sözündən əvvəl “klinik (tibbi)” sözləri əlavə edilsin və həmin bənddə “sosial-psixoloji reabilitasiya” sözləri “psixoloji reabilitasiya və psixoloji korreksiya” sözləri ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 8 iyun tarixli 218 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1196; 2019, № 7, maddə 1324) ilə təsdiq edilmiş “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması Qaydaları”nın 2.3.12.3-cü yarımbəndində “sosial-psixoloji reabilitasiya” sözləri “psixoloji reabilitasiya və psixoloji korreksiya” sözləri ilə əvəz edilsin.
 
 
Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə