Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 62 Bakı şəhəri, 22 fevral 2020-ci il
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ümumtəhsil internat məktəblərinin nümunəvi əsasnaməsinin təsdiq edilməsi haqqında” 1994-cü il 5 may tarixli 176 nömrəli, “Dövlət büdcəsinin vəsaiti hesabına göstərilən narkoloji yardımın minimal standartlarının təsdiq edilməsi haqqında” 2002-ci il 10 dekabr tarixli 193 nömrəli, “İnsan həyatı üçün təhlükə yaradan üsullarla narkoloji xəstələrin müalicəsi Qaydasının təsdiq edilməsi barədə” 2002-ci il 12 avqust tarixli 130 nömrəli, “Narkoloji yardımın həyata keçirilməsi zamanı şəxslər üzərində xüsusi müşahidənin aparılması Qaydasının təsdiq edilməsi haqqında” 2002-ci il 12 avqust tarixli 131 nömrəli, “Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri haqqında Nümunəvi Nizamnamə”nin təsdiq edilməsi barədə” 2003-cü il 13 may tarixli 65 nömrəli, “Yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrində yetkinlik yaşına çatmayanlara xidmət göstərilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2008-ci il 7 mart tarixli 66 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
 
“Azərbaycan Respublikasının “Uşaq hüquqları haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Gənclər siyasəti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” və “Təhsil haqqında” qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 8 oktyabr tarixli 1675-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 noyabr tarixli 1562 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 5 may tarixli 176 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi”nin 53-cü hissəsinə “fəaliyyət göstərir” sözlərindən sonra “və “Psixoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməklə, psixoloji yardım həyata keçirilir” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 dekabr tarixli 193 nömrəli Qərarı (Azərbaycan Respub-likasının Qanunvericilik Toplusu, 2002, № 12, maddə 747) ilə təsdiq edilmiş “Dövlət büdcəsinin vəsaiti hesabına göstərilən narkoloji yardımın minimal Standartları”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 3-cü hissə aşağıdakı redaksiyada verilsin:
“3. fiziki vəziyyətin korreksiyası – ümumi möhkəmləndirici, psixotrop maddələrlə müalicə;”;
2.2. 4-cü hissənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 5-ci və 6-cı hissələr əlavə edilsin:
“5. psixoloji reabilitasiya və psixoloji korreksiya;
6. psixoterapiya.”.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 130 nömrəli Qərarı (Azərbaycan Respub-likasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 541) ilə təsdiq edilmiş “İnsan həyatı üçün təhlükə yaradan üsullarla narkoloji xəstələrin müalicəsi Qaydası”nın 5-ci hissəsinə “psixoloqla” sözündən əvvəl “klinik (tibbi)” sözləri əlavə edilsin və həmin hissədə “sosial-psixoloji reabilitasiya və” sözləri “psixoloji reabilitasiya və psixoloji korreksiya, habelə” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 131 nömrəli Qərarı (Azərbaycan Respub-likasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 542) ilə təsdiq edilmiş “Narkoloji yardımın həyata keçirilməsi zamanı şəxslər üzərində xüsusi müşahidənin aparılması Qaydası”nın 2-ci hissəsinin yeddinci abzasına “psixoloqla” sözündən əvvəl “klinik (tibbi)” sözləri əlavə edilsin. 
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may ­tarixli 65 nömrəli Qərarı (Azərbaycan ­Respublikasının Qanunvericilik Toplusu, 2003, № 5, maddə 250; 2005, № 10, maddə 988; 2006, № 3, maddə 307; 2007, № 2, maddə 185; 2009, № 10, maddə 857; 2010, № 3, maddə 264; 2011, № 11, maddə 1067; 2012, № 7, maddə 774) ilə təsdiq edilmiş “Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri haqqında Nümunəvi Nizamnamə”də aşağıdakı dəyişikliklər edilsin:
5.1. 1.1-ci bəndin ikinci abzasında “psixoloji, tibbi və sosial reabilitasiyasını” sözləri “tibbi, sosial reabilitasiyası, habelə psixoloji reabilitasiya və psixoloji korreksiyasını” sözləri ilə əvəz edilsin;
5.2. 2.5-ci bənd aşağıdakı redaksiyada verilsin:
“2.5. Şagirdlərə “Psixoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə uyğun olaraq ödənişsiz psixoloji yardım göstərilir. Müəssisənin müəllimləri, tibb işçiləri və valideynlər (qanuni nümayəndələr) üçün məsləhət-profilaktika işini pedaqoq-psixoloqlar həyata keçirirlər.”;
5.3. 3.4-cü bəndin ikinci cümləsində “psixoloji, tibbi və sosial reabilitasiyasının” sözləri “tibbi, sosial reabilitasiyasının, habelə psixoloji reabilitasiya və psixoloji korreksiyasının” sözləri ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 7 mart tarixli 66 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 235) ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrində yetkinlik yaşına çatmayanlara xidmət göstərilməsi Qaydası”nın 1.1-ci bəndində və 2.2.10-cu yarımbəndində “sosial, psixoloji və digər köməklik” sözləri “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada psixoloji yardım, habelə sosial və digər köməklik” sözləri ilə əvəz edilsin. 
 
 
Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə