Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Statistika Komitəsi Dünya Bankı ilə gələcək əməkdaşlığın perspektivlərini müzakirə edib

Dünən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Dünya Bankının nümayəndə heyəti ilə görüşüb.

Komitədən ­bildirilib ki, Dünya Bankının Azərbaycan üzrə direktoru Navid Həsən Naqvi, bankın Azərbaycan üzrə icraçı direktorunun müşaviri Namiq Nağdəliyev və ekspertlərin iştirak etdiyi görüşdə Dövlət Statistika Komitəsi ilə Dünya Bankı arasında gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.
Sonra Dünya Bankının ekspertləri tərəfindən Dövlət Statistika Komitəsinin əməkdaşlarına Avropa və Mərkəzi Asiya ölkələrinin təcrübələri əsasında maliyyə sisteminin təkmilləşdirilməsinə və biznesin inkişaf strategiyalarına dair təqdimat nümayiş etdirilib. 

 

AZƏRTAC

 

26 2020 22:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə