Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İƏT Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd əl-Useymin 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb. Baş katib faciə zamanı həlak olmuş insanların xatirəsini ehtiramla yad edib.

Bəyanatda Xocalı qırğınının Ermənistanın Azərbaycan torpaqlarını qeyri-qanuni işğal etməsi nəticəsində baş verdiyi bildirilir. Qeyd edilir ki, Baş katib işğal olunmuş Azərbaycan ərazilərində mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş hərəkətləri müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və soyqırımı kimi dəyərləndirən, 2013-cü ildə Qahirədə keçirilmiş İslam Sammitinin 12-ci sessiyasının Yekun Kommünikesinə, o cümlədən İƏT Xarici İşlər Nazirləri Şurasının 2019-cu ildə ­Əbu-Dabidə keçirilmiş 46-cı sessiyasında qəbul edilmiş qətnamələrə istinad edib. 
Baş katib bəyanatda Ermənistan-Azərbaycan, Dağlıq ­Qarabağ münaqişəsinin qəbul edilmiş beynəlxalq hüququn norma və prinsiplərinə, habelə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında ən qısa müddətdə siyasi həllinə çağıran İƏT Xarici İşlər Nazirləri Şurasının qətnamələrini bir daha xatırladıb. 

 

AZƏRTAC

26 2020 22:47 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə