Ən son xəbərlər
Tender 1 lot üzrə keçirilir.
Lot-1. Maşın - mexanizmlərin və nasos stansiyalarının mexaniki avadanlıqlarının cari təmiri üçün ehtiyat hissələrinin satın alınması.
Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatları əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
İddiaçılar öz tender təkliflərində bütün vergi və rüsumları, eləcədə digər xərcləri nəzərə almalıdırlar.
Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.
İştirak haqqı 70 manatdır.
Əlaqələndirici şəxs - Aşırov Nurəddin Tapdıq oğlu.
Ünvan-Ağstafa şəhəri, Şıxəli Qurbanov küçəsi 19.
Ağstafa SSİ
VÖEN- 3600071211
Bank rekvizitləri-
H/h-AZ85AIIB32051019445200201152
VÖEN- 3600068011
Bank-“Kapital Bank”ın Ağstafa filialı
Kod- 200521
VÖEN- 9900003611
M/h- AZ 37NABZ01350100000000001944
S.W.İ.F.T. BİK - AIIBAZ 2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi olkə və rekvizitləri;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır) :
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- podratçının müəyyən etdiyi digər sənədlər.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 18 mart 2020-ci il saat 12.00-a və tender təklifi ilə bank təminatı sənədlərini isə 2 aprel 2020- ci il saat 12.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 3 aprel 2020-ci il saat 12.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə portal vasitəsilə tanış ola bilərlər.
QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.
Tender komissiyası
Köhnə versiyamızdan xəbərləri izlə