Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Misirdə üçgünlük matəm elan edilib

Misirin sabiq prezidenti Hüsnü Mübarəkin xatirəsinə ölkədə fevralın 26-dan etibarən 3 günlük matəm elan olunub.
Misir Prezidenti Administrasiyasının bununla bağlı məlumatında deyilir: “Prezident Böyük Oktyabr müharibəsinin qəhrəmanı, ölkəyə bir komandan kimi misilsiz xidmətlər göstərmiş Məhəmməd Hüsnü Mübarəkin vəfatından dərindən kədərlənib. Müharibə zamanı Hərbi Hava Qüvvələrinin komandanı olmuş Mübarək ərəblərin ləyaqət və şərəfini qoruyub”. 
Xatırladaq ki, fevralın 25-də 91 yaşında dünyasını dəyişən H.Mübarək 1981-2011-ci illər ərzində Misirin dövlət başçısı olub. Son vaxtlar xəstəlikdən əziyyət çəkən sabiq prezidentin yanvar ayının sonunda mədəsində əməliyyat keçirilib. Daha sonra onun intensiv müalicə bölməsində yatdığı bildirilirdi.

 

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

26 2020 22:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə