Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əfqanıstandakı ABŞ hərbçilərinin sayı azaldılır

ABŞ Prezidenti Donald Tramp Hindistana səfərindən sonra keçirilən mətbuat konfransında Birləşmiş Ştatların Əfqanıstandakı hərbçilərinin sayının azaldılacağını bildirib. Bu barədə TASS məlumat yayıb.

Donald Tramp ABŞ-ın Əfqanıstandakı hərbi mövcudluğunun perspektivləri ilə bağlı sualı cavablandırarkən deyib: “Əfqanıstandakı hərbçilərin sayını 8,6 minə endirmək üçün ciddi səylər göstəririk. İnsanlar da bundan məmnundurlar. Ardından son nəticənin nə olacağına qərar verəcəyik”.
ABŞ lideri, həmçinin “Taliban”la fevralın sonunda əldə olunacağı gözlənilən razılaşmaya ümid etdiyini bildirib və hələlik Əfqanıstandakı vəziyyətin dinamikasının müsbət olduğunu qeyd edib: “Minimum zorakılıq səviyyəsi ilə iki gün artıq geridə qalıb. Görək nə olacaq. Amma hər kəs bunun baş verməsini istəyir”.
Donald Trampın sözlərinə görə, ABŞ Əfqanıstandan qoşunların çıxarılması halında bu ölkədə və ümumilikdə bölgədə vəziyyəti izləyəcək və zəruri hallarda vəziyyətə müdaxilə etməyə kömək edəcək kəşfiyyat strukturlarını saxlayacaq.
Dövlət başçısı əlavə edib ki, ABŞ Əfqanıstanda asanlıqla hərbi qələbə qazana bilər, amma milyonlarla insanın ölümünü istəmədiyindən bunu etməyəcək.

 

Rövşən ATAKİŞİYEV, 
“Xalq qəzeti”

26 Fevral 2020 22:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə