Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mayk Pompeo: İdlibdə münaqişənin hərbi yolla həlli mümkün deyil

ABŞ-ın Dövlət katibi Suriyanın şimal-şərqindəki vəziyyəti şərh edib

“ABŞ və Türkiyə Suriyanın İdlib şəhərində mövcud ağır vəziyyətin nizamlanması istiqamətində birlikdə səy göstərirlər”. Bu fikri ABŞ-ın xarici siyasət idarəsinin rəhbəri Mayk Pompeo səsləndirib. 

“Anadolu” agentliyi xəbər verir ki, Birləşmiş Ştatların baş diplomatı Suriyanın şimal-şərqində yerləşən İdlib deeskalasiya zonasında gərgin vəziyyəti şərh edərkən deyib:  “Biz hazırda Türkiyə ilə bu sahədə birlikdə nə etmək mümkün olduğu barədə yollar arayırıq”.
M.Pompeo, həmçinin əmin olduğunu bildirib ki, Əsəd rejimi və onun müttəfiqləri İdlibdə hərbi qələbə əldə edə bilməyəcəklər. Onun fikrincə, rejimin son hücumları ABŞ-ın NATO üzrə müttəfiqi Türkiyə ilə münaqişə riskini yalnız artırır. 
Amerikalı diplomat sonda bildirib ki, Suriya böhranının həll edilməsi üçün münaqişəyə cəlb olunan tərəflər arasında davamlı atəşəkəsə nail olunmalı, eləcə də BMT Təhlükəsizlik Şurasının Suriya üzrə müvafiq qətnaməsinə uyğun olaraq, təxirəsalınmaz müzakirələr aparılmalıdır. 
Qeyd edək ki, dünən İdlib şəhəri yenidən Əsəd rejiminin artilleriya hücumuna məruz qalıb. BMT rəhbərliyi ərazidə əhalinin ağır durumunu nəzərə alaraq, İdlib deeskalasiya zonasına 21 yük maşını humanitar yardım göndərib. 
“Anadolu” agentliyinin müxbiri qeyd edir ki, maşın karvanı Türkiyənin Hatay vilayətindəki Reyhanlı rayonunda yerləşən sərhəd keçid məntəqəsindən Suriya ərazisinə daxil olub. Məlumatda sonra deyilir ki, humanitar yardım tezliklə İdlib şəhəri və ətrafındakı yaşayış məntəqəsinin sakinləri arasında bölüşdürüləcək. 

 

M.HACIXANLI, 
“Xalq qəzeti” 

26 2020 22:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə