Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Koronavirus təhlükəsinə görə dövlət müəssisələrinə göstəriş verilib

Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa keçirdiyi ənənəvi mətbuat konfransında ölkədə yayılan yeni koronavirusla bağlı göstərişlər verib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 

Məlumatda qeyd edilir ki, Yaponiya Nazirlər Kabineti bütün nazirliklərə və dövlət müəssisələrinə yeni koronavirusun nəqliyyatda yayılması təhlükəsinin azaldılması məqsədilə maksimum sayda əməkdaşın evdə işləməsi və onların ofisdə olmasının çevik cədvəlinin hazırlanması barədə göstəriş verib.
Tokioda keçirilən digər mətbuat konfransında İqtisadiyyat, Ticarət və Sənaye naziri Hiroşi Kaciyama bildirib ki, hökumət eyni məzmunlu xahişlə özəl biznes assosiasiyalarına müraciət edib. Həmin müraciətdə sahibkarlardan əməkdaşların ev rejiminə keçirilməsi və onların ofisə gəlmə vaxtlarının dəyişdirilməsi xahiş edilib.
Xatırladaq ki, son məlumatlara görə, Yaponiyada COVID-19 koronavirusuna yoluxanların sayı 850 nəfəri keçib.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

26 2020 22:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə