Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vilmar Valdes cəzalandırılıb

FİFA Uruqvay Futbol Federasiyasının sabiq prezidenti Vilmar Valdesi cəzalandırıb. FİFA-nın etik komitəsinin hüquq palatasının qərarına əsasən, Vilmar Valdes bir il müddətinə futbol sahəsində çalışmaqdan məhrum edilib. Sabiq prezident 10 min İsveçrə frankı məbləğində cərimə də olunub.
Cəzaya Valdesin FİFA-nın etik qaydalarını pozması səbəb göstərilir. Belə ki, o, bəzi tenderlərin təşkilində saxtakarlığa yol verib, həmin tenderləri öncədən razılığa gəldiyi biznesmenlərin qazanmasına şərait yaradıb. Bütün bunlar onun səs yazısının olduğu faktlarla isbatlanıb.
Qeyd edək ki, Vilmar Valdes 2018-ci ilin iyul ayında Uruqvay Futbol Federasiyasının prezidenti postundan istefa verib. Həmin vaxt o, istefasının ailə məsələləri ilə əlaqədar olduğunu və şəxsi xarakter daşıdığını bəyan etmişdi. Valdes 2014-cü ildən UFF-ya rəhbərlik edirdi.
Xəbəri “goal.com” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 

 

26 2020 22:04 - İDMAN
İDMAN
19 Mart 2020 | 20:50
AVRO-2020 təxirə salındı
19 Mart 2020 | 20:47
Müqavilə ləğv edilib

Köhnə versiyamızdan xəbərləri izlə