Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qadağalar ləğv edilib

ABŞ və Çin arasında imzalanmış iqtisadi və ticarət sazişinin birinci mərhələsinə uyğun olaraq Çin bəzi addımlar atıb. Fevralın 14-də qüvvəyə minən sazişə görə, Çin ABŞ-ın kənd təsərrüfatı məhsullarına tətbiq etdiyi idxal qadağasını aradan qaldırıb. Bundan başqa, Çin ABŞ məhsullarına tətbiq etdiyi vergini də azaldacaq.
Məsələ ilə bağlı açıqlama verən ABŞ Kənd Təsərrüfatı naziri Sonni Perdyu Çin ilə güclü ticarət razılaşması əldə edildiyini bildirib.
“Bu razılaşma ABŞ kənd təsərrüfatına əhəmiyyətli dərəcə töhfə verəcək. Bunun faydalarını gözləyirik. Ümid edirəm ki, hər iki tərəf razılaşmaya sadiq qalacaq”, - deyə nazir vurğulayıb.
Xəbəri “Anadolu” agentliyi yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 

 

26 2020 22:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə