Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Koronavirusun coğrafiyası genişlənir

Sutka ərzində koronavirusun coğrafiyası xeyli genişlənib. Artıq Brasiliyada, İspaniyada, Xorvatiyada, Avstriyada, Rumıniyada, İsveçrədə və Əlcəzairdə koronavirus  aşkar edilib.

Avropada ən çox koronavirus İtaliyada yayılıb. Virusdan bu ölkədə 11 nəfər ölüb, 322 nəfər yoluxub. Ən gərgin vəziyyət isə ölkənin şimal hissəsindədir.

Virus Yaxın Şərqə də yayılıb. Bəhreyndə 26 nəfərdə virus aşkarlanıb. İranda isə koronavirusa yoluxanların sayı 95 nəfərə çatıb, 16 nəfər isə vəfat edib.

Yaponiyada  882  yoluxma hadisəsi qeydə alınıb. Çində koronavirusa yoluxanların sayı 81 min nəfərə çatıb. Virus 2715 nəfərin həyatına son qoyub.

Ümumdünya Səhiyyə Təşkilatının ( ÜST) Avropa Regional Bürosunun direktoru  Hans Klyuqe bildirib ki, dünya əhalisi panikaya, yalan sözlərə inanmamalıdır. Koronavirusa yoluxanların cəmi 2 faizi vəfat edir. Buna da səbəb onların özləri olur. Vaxtında epidemiyaya qarşı mübarizə aparmırlar.

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

26 2020 18:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə